Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.01.2023
Yanvarın 9-da saat 18 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini S.Hacıyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Kərimovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb. Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bərdə rayon sakini Ş.Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən protokol tərtib edilib və məhkəmənin inin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Ş.Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Qaradağ rayon məhkəməsinin qərarına əsasən Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.
4000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Hüseynli müəyyən olunaraq saxlanılıb
Yanvarın 5-nə keçən gecə Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən sexlərin birindən 4000 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Hüseynli müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Narkotik vasitə ilə tutulan T.Qafarovun ayrı-ayrı vaxtlarda 2 avtomobildən 4900 ABŞ dolları, noutbuk və ətir oğurlaması da müəyyən olunub
Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla narkotik vasitə ilə tutulan T.Qafarovun ayrı-ayrı vaxtlarda rayon ərazisində 2 avtomobildən 4900 ABŞ dolları, noutbuk və ətir oğurlaması da müəyyən olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
08.01.2023
Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Qaramusalı kənd sakini R.Namazovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaramusalı kənd sakini R.Namazovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Beyləqan rayon sakinləri E.İsmayılzadədən, G.Abdullayevdən və E.Əliyevdən qanunsuz saxladıqları 3 ədəd ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri E.İsmayılzadədən, G.Abdullayevdən və E.Əliyevdən qanunsuz saxladıqları “İJ” markalı 3 ədəd ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Balakən rayonunun Qullar kənd sakini A.Motuxovdan nömrəsi silinmiş tapança, 1 ədəd patron və marixuana aşkar olunaraq götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qullar kənd sakini, əvvəllər məhkum olunmuş A.Motuxovdan nömrəsi silinmiş “PM” markalı tapança, 1 ədəd patron və marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sumqayıt şəhər sakinləri T.Şahbazovdan 52 qramdan artıq, A.Salmanovdan isə 103 qramdan artıq heroin aşkar olunaraq götürülüb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş T.Şahbazov və A.Salmanov saxlanılıblar. Şəxsi axtarış zamanı T.Şahbazovdan 52 qramdan artıq, A.Salmanovdan isə 103 qramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.