Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Astara rayonunun Çayoba kənd sakini A.Həsənovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb
07.12.2022
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çayoba kənd sakini A.Həsənovdan qanunsuz saxladığı nömrəsi silinmiş “Tolka” markalı ov tüfəngi götürülüb.
Bərdə rayonunun Çəmənli kənd sakini H.Ağayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çəmənli kənd sakini H.Ağayevdən qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi götürülüb.
Abşeron rayonunda iki qrup arasında yaranan mübahisə zamanı odlu silahdan istifadə edən şəxslər saxlanılıblar
Bir neçə gün əvvəl Xırdalan şəhəri ərazisində odlu silahdan atəş açılması ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilib ki, Xırdalan şəhər sakini Səlcuq Osmanlı tanışı Məmmədhüseyn Qurbanovla birlikdə əvvəlcədən etdikləri mübahisəni davam etdirmək məqsədi ilə Xırdalan şəhəri ərazisində Tural Qurbanzadə və Səbuhi Əliyevlə görüşüb. Daha sonra Səlcuq Osmanlı üzərində olan odlu silahla həmin şəxslərə və onların olduqları “Toyota” markalı avtomobilə atəş açıb. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində odlu silahdan istifadə edən Səlcuq Osmanlı, həmçinin Məmmədhüseyn Qurbanov, mübahisənin digər iştirakçıları Tural Qurbanzadə və Səbuhi Əliyev saxlanılıblar. Səlcuq Osmanlının yaşadığı evə baxış zamanı hadisə vaxtı istifadə etdiyi 1 ədəd “Makarov” markalı tapança, 14 ədəd patron və 1 ədəd daraq aşkar edilib. Bundan əlavə hadisə yerindən 7 ədəd boş giliz də götürülərək ekspertizaya təqdim edilib. Səlcuq Osmanlıdan aşkar edilən “Makarov” markalı tapançanın digər hadisələrdə istifadə olunub-olunmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
06.12.2022
Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gədəbəy rayonunun Şəkərbəy kənd sakini K.Abdullayevanı öldürməkdə şübhəli bilinən əri E.Abdullayev tutularaq istintaqa təhvil verilib
Gədəbəy Rayon Polis Şöbəsinə Şəkərbəy kəndində K.Abdullayevanın öldürülməsi barədə məlumat daxil olub.Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla əri E.Abdullayevin ailə münaqişəsi zəminində evin həyətində olan yardımçı təsərrüfatda həyat yoldaşına küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Abdullayev tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini E.Tağıyev müəyyən olunaraq saxlanılıb
Dekabrın 6-da saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində “Toyota” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 30 manatını talaması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini E.Tağıyev müəyyən olunaraq saxlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Piyadanın ölümü ilə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
Dekabrın 5-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini Z.Mürsəlova müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Volvo” markalı yük avtomobili ilə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Masallı rayon sakini S.Məlikov saxlanılılıb.Araşdırma aparılır.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.Süleymanov müəyyən olunaraq saxlanılıb
Bakı şəhər sakini S.Səlimovun bank hesabından 1100 manatının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini O.Süleymanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini C.Mirbağırovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini C.Mirbağırovun idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı oradan “TOZ-8” markalı tüfəng və 1 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Dələduzluqda şübhəli bilinən Astara rayon sakini R.Fətəliyev müəyyən olunaraq saxlanılıb
Dekabrın 6-da saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı bazarında 3 nəfərin ümumilikdə 520 manatının dələduzluq yolu ilə alınması barədə polisə məlumat daxil olub. Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Astara rayon sakini R.Fətəliyev müəyyən olunaraq saxlanılıb və 10-cu Polis Bölməsinə təhvil verilib.Araşdırma aparılır.