Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qazax rayonunun Ağköynək kəndi ərazisində “KİA” markalı avtomobil aşıb
08.12.2022
Dekabrın 9-da saat 1 radələrində Qazax rayonunun Ağköynək kəndi ərazisində Bakı şəhər sakini R.Vəliyev idarə etdiyi “KİA” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini K.Qaragözov hadisə yerində ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Abşeron rayonunun Güzdək kəndi ərazisində dəmir yolu xəttini keçən Şuşa rayon sakini Ə.Hacıağazadə sürət qatarı ilə vurulub
Dekabrın 8-də saat 8 radələrində Abşeron rayonunun Güzdək kəndi ərazisində dəmir yolu xəttini keçən Şuşa rayon sakini Ə.Hacıağazadə Sumqayıt-Bakı sürət qatarı ilə vurulub və o, hadisə yerində ölüb.NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Kartdan pul çıxarmaq üçün ondan kömək istəyən təqaüdçülərin pulunu ələ keçirən şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan pulu ələ keçirib. Kart sahibi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra o, bankomatdan çıxan pulu götürərək hadisə yerindən yayınıb. Eyni məzmunlu şikayətlə Binəqədi rayon sakini olan daha 3 nəfər polisə müraciət edib. Onlar da kartlarından müxtəlif məbləğlərdə pulların qeyd edilən üsulla ələ keçirildiyini bildiriblər. Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fizuli Nəcəfov saxlanılıb. Saxlanılan şəxs əsasən ondan kömək istəyən yaşlı şəxslərin pensiya kartlarında olan pul vəsaitlərini ələ keçirib.Faktlarla bağlı araşdırmalar davam etdirilir. Fizuli Nəcəfovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, “102” Xidməti Zəng Mərkəzinə və DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
07.12.2022
Dekabrın 7-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Biləsuvar rayonunun Xırmandalı kənd sakini C.Kazımov münaqişə zəminində odlu silahdan atəş açaraq M.Qarayevi qəsdən öldürməkdə şübhəli bilinərək saxlanılıb
Biləsuvar Rayon Polis Şöbəsinə dekabrın 8-də saat 3 radələrində Xırmandalı kəndi ərazisində M.Qarayevin öldürülməsi barədə məlumat daxil olub. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla kənd sakini C.Kazımovun münaqişə zəminində odlu silahdan atəş açaraq M.Qarayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “İJ-58” markalı ov tüfəngi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Quldurluqda şübhəli bilinənlər saxlanılıb
Dekabrın 7-də saat 05 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində “Volkswagen” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.Yoxlama zamanı sürücünün Ağdam rayon sakini O.Musəvi olması və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən olunduğundan ona avtomobilin müvəqqəti duracağa aparılması bildirililib. Bu zaman avtomobildə olan sərnişinlər - Cəbrayıl rayon sakini İ.Xəlilov və Ağdam rayon sakini H.Əliyev özlərini şübhəli apardıqlarından polis əməkdaşları onları da portal vasitəsi ilə yoxlayıb. Yoxlama zamanı O.Müsəvinin və İ.Xəlilovun Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə axtarışda olmaları müəyyən olunub. Onlar saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə təhvil veriliblər.Kürdəmir Rayon Polis Şöbəsində onların üzərinə baxış zamanı İ.Xəlilovdan 6007 ABŞ dolları və 996 manat, O.Musəvidən 6200 manat pul, H.Əliyevdən isə narkotik vasitə aşkar olunaraq götürülüb. Araşdırmalarla O.Müsəvi və İ.Xəlilovun noyabrın 21-də paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində ev sahibindən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə almaları da müəyyən olunub.
Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb
Noyabrın 17-də saat 9 radələrində Şəmkir rayonunun Çaylı kəndi ərazisində rayon sakini Yalçın Məmmədovun baş və ayaq nahiyəsində xəsarətlər olan meyitinin tapılması barədə polisə məlumat daxil olub.Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun “VAZ-2016” markalı avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi müəyyən olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Seyfəli kənd sakini, əvvəllər məhkum olunmuş Vicay İbrahimov polis əməkdaşları tərəfindən Gəncə Beynəlxalq Hava Limanında saxlanılaraq RPŞ-yə gətirilib. Araşdırma aparılır.
Telefon Rabitə Qovşağına məxsus 416 metr rabitə kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Balakən rayon sakini İ.Keçiliyev müəyyən olunaraq saxlanılıb
Binəqədi rayonunun K.Rəhimov küçəsində Telefon Rabitə Qovşağına məxsus 416 metr rabitə kabelinin kəsilərək oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Balakən rayon sakini İ.Keçiliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Y.Kazımov saxlanılıb
Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Y.Kazımov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Bayramlı kənd sakini A.Bayramlıdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bayramlı kənd sakini A.Bayramlıdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.