Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Oğurluq etdiyinə görə tutulan A.Hüseynovun daha 3 evdən oğurluq etməsi müəyyən olunub
09.12.2022
Binəqədi RPİ 4-cü Polis Şöbəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan A.Hüseynovun daha 3 evdən pul, qızıl-zinət və məişət əşyaları, mobil telefon və geyim oğurlaması da müəyyən olunub.
Qəbələ rayon sakini T.Mustafayev qanunsuz ov etdiyi üçün saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakini T.Mustafayev qanunsuz ov etdiyi üçün saxlanılıb. Ondan müvafiq sənədləri olan “Baikal” markalı ov tüfəngi və 14 ədəd patron götürülüb.
Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımova vurulub
Dekabrın 9-da saat 18 radələrində Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Mirzəliyev idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən paytaxt sakini Ş.Qasımovanı vurub. Nəticədə xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində sərnişin avtobusu ilə piyada vurulub
Dekabrın 9-da saat 19 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində Şərur rayon sakini M.Tağıyev idarə etdiyi “Otokar” markalı 85 saylı sərnişin avtobusu ilə qəsəbə sakini Ə.Kubarovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
08.12.2022
Dekabrın 8-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Narkotik vasitənin təsiri altında mikroavtobus idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub
Dekabrın 8-də saat 11 radələrində Binəqədi rayonu ərazisində “İsuzu” markalı mikroavtobus yol nişanının tələbini pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, Abşeron rayon sakini Kənan Həzrətquliyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.4-cü və 327.1-ci maddələri ilə protokol tərtib olunaraq Binəqədi rayon Məhkəməsinə göndərilib.Məhkəmənin qərarı ilə K.Həzərətquliyev 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Ağstafa rayon sakini Ş.Nağıyevin avtomobilindən 3 kiloqramdan artıq marixuana götürülüb
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Ağstafa rayon sakini Ş.Nağıyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 354 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini A.Əzimovun mənzilindən metamfetamin və marixuana götürülüb
Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini A.Əzimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə 18 qramdan artıq metamfetamin və 520 qram marixuana götürülüb.Araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan T.Əliyev və Ə.Əliyevin Binəqədi rayonu ərazisində daha bir mağazadan oğurluq törətmələri müəyyən olunub
Binəqədi Rayon Polis İdarəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan T.Əliyev və Ə.Əliyevin rayon ərazisində daha bir mağazadan 1500 manat pul və 2500 manat dəyərində tütün məmulatı oğurlamaları da müəyyən olunub.
Lənkəran rayonunun Sütəmurdov kənd sakini E.Mehrəliyevin avtomobilindən 230 qram, sərnişinindən isə 41 qram marixuana götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sütəmurdov kənd sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 230 qram marixuana, sərnişini olan həmkəndlisi S.Səttarovdan isə 41 qram marixuana aşkar olunaraq götürülüb.