Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini C.Əliheydərovdan 499 qram heroin aşkar olunaraq götürülüb
12.01.2023
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Əliheydərovdan 499 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini E.Hüseynovdan 3 kiloqram 105 qram heroin aşkar olunaraq götürülüb
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynovdan 3 kiloqram 105 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qax rayon sakini Ə.Abakarovdan 5 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş Ə.Abakarovdan 5 qramdan artıq, Qaxingiloy kəndində yaşadığı evə baxış zamanı isə 3 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağcabədi rayon sakini Z.Cəfərovn yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 90 qram marixuana götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Hindarx qəsəbə sakini V.Nuruyevdən 5 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Z.Cəfərov da müəyyən olunaraq saxlanılıb. Onun yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 90 qram marixuana götürülüb. Araşdırma aparılır.
İmişli rayonunun Əliqulular kənd sakini S.Ağayevin yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 160 qram marixuana və 2 kiloqram 74 qrama yaxın heroin aşkar olunaraq götürülüb
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş S.Ağayevin Əliqulular kəndində yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 160 qram marixuana və 2 kiloqram 74 qrama yaxın heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
E.Abbasovdan 16 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 260 qram marixuana və 43 qrama yaxın tiryək aşkar olunaraq götürülüb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.Abbasovdan 16 qramdan artıq marixuana, yaşadığı evə baxış zamanı isə 3 kiloqram 260 qram marixuana və 43 qrama yaxın tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Göyçay rayon sakini A.Məmmədli, Tovuz rayon sakini O.Orucov və Bakı şəhər sakini A.Əsgərov müəyyən olunaraq saxlanılıblar
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədli, Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş O.Orucov və Bakı şəhər sakini A.Əsgərov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub.
Buzovna qəsəbə sakini İ.İbrahimovu dəyərək öldürməkdə şübhəli bilinən oğlu A.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib
Yanvarın 8-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini İ.İbrahimovun döyülməsi nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, onun dindirilməsi mümkün olmayıb. Araşdırmalarla oğlu, əvvəllər məhkum olunmuş A.İbrahimovun sərxoş vəziyyətdə atasını döyməsinə əsaslı şübhələr müəyyən olunub. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.İbrahimov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Nağıyev avtomobillə birgə saxlanılıb
Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini E.Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb. O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.Araşdırma aparılır.
İ.Mirzəyevdən 2 ədəd avtomat patronu, yaşadığı evə baxış zamanı oradan avtomat, 2 ədəd patron darağı və 58 ədəd patron aşkar olunaraq götürülüb
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş İ.Mirzəyevdən 2 ədəd avtomat patronu, yaşadığı evə baxış zamanı oradan “AKS-47” markalı avtomat, 2 ədəd patron darağı və 58 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.