Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhər sakini Ş.Kərimovdan 2 kiloqram 553 qram heroin, metamfetamin, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb
13.01.2023
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Kərimovdan 2 kiloqram 553 qram heroin, metamfetamin, yaşadığı evə baxış zamanı isə 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini Ə.Əliyevdən 740 qram tiryək aşkar olunaraq götürülüb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyevdən 740 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Astara şəhər sakini E.Hüseynovdan 20 qrama yaxın heroin, yaşadığı evdən isə 3 kiloqram 95 qram heroin və 2 kiloqram 850 qram marixuana aşkar olunaraq götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynovdan 20 qrama yaxın heroin, yaşadığı evdən isə 3 kiloqram 95 qram heroin və 2 kiloqram 850 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Gəncə şəhər sakini Ə.Vəliyevdən 2 kiloqramdan artıq marixuana, 1 kiloqram 182 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Gəncə şəhər sakini Ə.Vəliyevdən 2 kiloqramdan artıq marixuana, 1 kiloqram 182 qramdan artıq heroin və 3 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xaçmaz rayon sakini E.Siracova məxsus avtomobilə baxış zamanı oradan 1 kiloqram 510 qramdan artıq heroin, 98 qramdan artıq metamfetamin və 5,7 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakinləri S.Yudin və E.Siracov saxlanılıb. E.Siracova məxsus “VAZ-21713” markalı avtomobilə baxış zamanı oradan 1 kiloqram 510 qramdan artıq heroin, 98 qramdan artıq metamfetamin və 5,7 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
Yanvarın 13-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini Ə.Əhmədovun idarə etdiyi “QAZ-3110” və Kəlbəcər rayon sakini Ü.Hətəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “QAZ-3110” markalı avtomobildə olan şərnişinlərdən A.Manafov hadisə yerində ölüb, hər iki sürücü və 4 sərnişin isə xəstəxanaya yerləşdirilib.Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 69 cinayətin açılması təmin olunub
12.01.2023
Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Xocavənd rayonunun Tuğ kəndi ərazisində silah-sursat tapılmışdır
Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Xocavənd rayonunun Tuğ kəndi ərazisində 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd qumbaraatan, 1 ədəd “Snayper” tüfəng, 1 ədəd patron, 1 ədəd qumbara və 1800 ədəd müxtəlif çaplı patron aşkar edilərək Xocavənd Rayon Polis Şöbəsinə təhvil verilib.
Yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 killoqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülb
Polis əməkdaşlarının yanvarın 12-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 killoqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 11 kiloqram 825 qramı heroin, 15 kiloqram 790 qramı marixuana, 43 qramı tiryək, 511 qramdan artıq istə metamfetam olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.