Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Murad Rəhimov müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Vətəndaş Günel Məmmədova vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aytən Bağırova DİN-in sosial şəbəkə hesabına ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Lənkəran ŞRPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini  və məsələnin müsbət həllini tapdığını bildirir.

Vətəndaş Əliqənbər Əliyev öz təşəkkür məktubunda vətəndaş müraciətlərinə həsaslıqla yanaşıldığına və xidməti vəzifələrini layiqincə yerinə yetridiklərinə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinin fəaliyyətindən məmnunluğunu ifadə edir.

Vətəndaş Əli Etibarzadə öz təşəkkür məktubunda səhhəti pisləşən azyaşlı övladını xəstəxanaya apararkən olduqları avtomobildə texniki nasazlıq yarandığını, ərazidə xidmət aparan BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları tərəfindən onlara köməklik göstərilərək övladının tibb müəssisəsinə vaxtında çatdırıldığını bildirir. Vətəndaşların qayğılarına həssaslıqla yanaşılmasına və göstərilən köməkliyə görə minnətdarlığını bildirir.

Vətəndaş Səidə Salayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda göstərilən köməkliyə və dəstəyə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Masallı rayon sakini Hümmət Cəfərov öz təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və asayişin etibarlı şəkildə qorunmasına görə polis əməkdaşlarının fəaliyyətindən məmnunluğunu ifadə edir.

Vətəndaşlar - Nurlan Babayev və Araz Səmədov məktublarında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiklərini bildirirlər. Onlar, müraciətləri üzrə müvafiq göstərişlər verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Fuad Məmmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.