Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.04.2025 - Vətəndaş Elçin İsmayılov
Vətəndaş Elçin İsmayılov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini və məsələnin qısa müddətdə araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
01.04.2025 - Vətəndaş Könül Həsənova
Vətəndaş Könül Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.04.2025 - Vətəndaş Elcan İdrisbəyli
Vətəndaş Elcan İdrisbəyli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, göstərilən diqqətə və məsələnin müsbət həll edildiyinə görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.04.2025 - Bakı şəhər sakini Seyran Mahmudov
Bakı şəhər sakini Seyran Mahmudov DİN-ə ünvanladığı məktubunda vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
01.04.2025 - Bakı şəhər sakini Hikmət Axundov
Bakı şəhər sakini Hikmət Axundov məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara və həyata keçirilən tədbirlərə görə yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.
01.04.2025 - Bakı şəhər sakini Gülnar Məlikova
Bakı şəhər sakini Gülnar Məlikova məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara və həyata keçirilən tədbirlərə görə yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.
01.04.2025 - Vətəndaş Mahir Əliyev
Vətəndaş Mahir Əliyev məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara və həyata keçirilən tədbirlərə görə yol polisi əməkdaşlarına təşəkkürünü bildirir.
01.04.2025 - Bakı şəhər sakini Elvin Əsgərov
Bakı şəhər sakini Elvin Əsgərov məktubunda müraciəti ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini yazır. O, göstərilən diqqətə və operativliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.04.2025 - Vətəndaş Surxay Bəkirov
Vətəndaş Surxay Bəkirov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Binəqədi Rayon Polis İdarəsinə etdikləri müraciətə operativ reaksiya verildiyini və görülmüş tədbirlərlə qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, müraciətlərinə həssas yanaşılmasına görə özü və ailə üzvləri adından DİN-in rəhbərliyinə və Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.