Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki rayon sakini Gülmayə Nərimanlı müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Zeynur Qədirov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nurlana Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə, göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid ailəsi olan Həlimə Ocaqverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri həssaslığa, həmçinin xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tanrıverdi Aydınov məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Astara rayon sakini Aqil Məmmədzadə müraciətinə çevik reaksiya verilməsinə, məsələnin obyektiv şəkildə araşdırılaraq qanunamüvafiq qaydada tədbirin görülməsinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Masallı şəhər sakinləri Eltun Cəbiyev və Qərib Səmədov öz təşəkkür məktublarında yorulmadan xidmət aparan, yollarda hərəkətin təhlükəsliyini etibarlı şəkildə təmin edən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Lənkəran rayon sakini Cavidan Niftullazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq şəkildə qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Cəlilabad rayon sakini Elməddin Hüeynov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirir.