Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakini Fariz Nəsirov təşəkkür məktubunda ona məxsus obyektdən ayrı-ayrı vaxtlarda oğurluq edən şəxslərin tutularaq məsuliyyətə cəlb edilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bilbidirir.

Bakı şəhər sakini İsmayıl Cəfərli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Balakən rayon sakini Fərid Qəribov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tərlan Babayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.
T.Babayev vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Toğrul Qasımov məktubunda DİN-ə ünvanladığı müraciətinə operativ baxıldığını, Suraxanı Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini S.Paşayeva məktubunda aldadılaraq pulunun ələ keçirilməsi barədə etdiyi müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu və dəymiş maddi ziyanın ona ödənildiyini qeyd edir. O, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə və operatvliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şirvan şəhər sakini Arif Dadaşov şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayon sakini Bəxtigül Güllərova üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla İmişli RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Şirvan şəhər sakini Həzi Qasımov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyi üçün DİN rəhbərliyinə təşəkkürünü bildirir.