Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Sərxan Paşazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Vüqar Pənahov müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Rəna Ağabəyova müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Emin Səfərov daxili işlər naziri tərəfindən Qusar Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, eləcə də müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Kürdəmir rayon sakini Azər Əhmədov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Kürdəmir RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

İmişli rayon sakini Ramin Abbasov DİN-ə ünvanladığı məktubunda başda DİN rəhbərliyi olmaqla, polis əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Rəcəb Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə DİN-in rəhbərliyini və Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Ayaz Xudiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında paytaxtın Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və rayon polis idarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rauf Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilib mənə lazımi köməklik göstərildi. Buna görə, DİN-in rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.