Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.02.2023 - Vətəndaş Allahverdi Yusubov
Vətəndaş Allahverdi Yusubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, polis əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində sosial-neqativ hallara, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirlərinin aparıldığını qeyd edir, özü və yaşadığı məhəllənin sakinləri adından DİN rəhbərliyinə və Nəsimi RPİ-nin 20 Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.02.2023 - Vətəndaş Qalib Namazov
Vətəndaş Qalib Namazov Sumqayıt şəhərinə gedən yolda həmin istiqaməti göstərən yol nişanlarının quraşdırılması ilə bağlı müraciətinə DİN tərəfindən dərhal reaksiya verildiyini, Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən qısa müddətdə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir.
O, müraciətlərə və polisin səlahiyyətlərinə aid məsələlərlə bağlı ictimailəşdirilən mesajlara diqqətlə yanaşılaraq dərhal reaksiya verilməsinə, həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
03.02.2023 - Bir qrup Xırdalan şəhər sakini
Bir qrup Xırdalan şəhər sakini məktublarında yaşadıqları ərazidə məişət tullantılarının qalaqlanması ilə bağlı etdikləri kollektiv müraciətə dərhal reaksiya verildiyinə və ərazinin qısa müddətdə təmizlənməsi təmin edilərək antisanitar vəziyyətin aradan qaldırılmasına görə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürlərini bildirirlər.
03.02.2023 - Vətəndaş Ülkər Həsənova
Vətəndaş Ülkər Həsənova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
03.02.2023 - Bakı şəhər sakini Arzu Məmmədova
Bakı şəhər sakini Arzu Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
03.02.2023 - Bakı şəhər sakini Surət Əmirov
Bakı şəhər sakini Surət Əmirov yaşadığı binanın həyətindəki antisanitar vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.02.2023 - Vətəndaş Məsud Ağazadə
Vətəndaş Məsud Ağazadə DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunduğunu, yüksək hörmətlə qarşılandığını və dinlənilərək müvafiq araşdırmalara başlanıldığını qeyd edir.
M.Ağazadə vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
02.02.2023 - Naxçıvan MR Culfa rayon Bənəniyar kənd sakini Həlimə Məmmədova
Naxçıvan MR Culfa rayon Bənəniyar kənd sakini Həlimə Məmmədova ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
02.02.2023 - Sosial şəbəkə istifadəçisi Sevər Əhmədli
Sosial şəbəkə istifadəçisi Sevər Əhmədli küçədə bir şəxsin qıza xəsarət yetirməsi ilə bağlı polisə zəng vurduğunu, müraciəti əsasında sözügedən hadisənin qarşısının dərhal alındığını yazır. O, göstərilən operativliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.