Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Aybəniz Cəbrayılova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Qəzənfər Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Yaşar Paşayev müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nuranə Məhərrəmova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Eltac Həsənov müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Fərid Şahbazlı üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Hacı Dilbazi Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda 2 yaşlı övladının diqqətindən yayınaraq itməsi barədə polis əməkdaşlarına müraciət etdiyini və məsələyə operativ reaksiya verərək övladının tapıldığını qeyd edir. O, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Sevil Əsədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ələsgər Əliyev müraciətinə operativ baxıldığına görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarına təşəkkürünü bildirir.