Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.10.2026 - Biləsuvar rayon sakini Fəridə Cəfərzadə
Biləsuvar rayon sakini Fəridə Cəfərzadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN-in rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
01.10.2026 - Vətəndaş Əli Seyidov
Vətəndaş Əli Seyidov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin qısa müddət ərzində araşdırılaraq müsbət həllinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.
01.10.2026 - Vətəndaş Eynurə Əhmədova
Vətəndaş Eynurə Əhmədova etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Suraxanl RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
01.10.2026 - Şirvan şəhər sakini Nizami Mahmudov
Şirvan şəhər sakini Nizami Mahmudov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.
01.10.2026 - Vətəndaş Roman İsmayılzadə, Ramiq Ağayev və digərləri
Vətəndaş Roman İsmayılzadə, Ramiq Ağayev, Astan Məmmədəliyev və Kamil Hətəmov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
01.10.2026 - Vətəndaş Əzimxan Məmmədli və Mehdi Həsənbəyli
Vətəndaş Əzimxan Məmmədli və Mehdi Həsənbəyli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
01.10.2026 - Vətəndaş Yasmin Akdağ
Vətəndaş Yasmin Akdağ etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
01.10.2026 - Ucar rayon sakini Cümşüd Əliyev
Ucar rayon sakini Cümşüd Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Ucar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
01.10.2026 - Vətəndaş Azad Həşimov
Vətəndaş Azad Həşimov itirdiyi sənədləri ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.