Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Naim Məmmədov DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən müvafiq köməklik göstərilərək aidiyyəti üzrə yönəldildiyini və qısa müddətdə probleminin araşdırılaraq müsbət həll olunduğunu qeyd edir. 

Vətəndaş Toğrul Abdulov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Orxan Abdullazadə müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Sənan Nağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Oruc İsmayılov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Antiterror əməliyyatının iştirakçısı olan Əbülfəz Eyvazov məktubunda polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə minnəttarlığını bildirir. 

Müharibə veteranı Nərgiz Sadiqova DİN-ə ünvanladığı məktubda müraciətinə diqqətlə yanaşılmasına və qısa zamanda həll edilməsində göstərilən köməkliyə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Elmir Həsənov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının gecəli gündüzlü xidməti, ayıq-sayıqlığı sayəsində asayişin etibarlı qorunmasını və təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini qeyd edərək özü və ailəsi adından DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Samid Muradov mesajında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.