Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.09.2025 - Şahbuz şəhər sakini Ramil Qaraşov
Şahbuz şəhər sakini Ramil Qaraşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.09.2025 - Goranboy rayon sakini Namiq Veyisov
Goranboy rayon sakini Namiq Veyisov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.09.2025 - Vətəndaş Qənbər Quluyev
Vətəndaş Qənbər Quluyev məktubunda üzləşdiyi oğurluqla bağlı müraciəti üzrə Nizami Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını, qısa müddətdə müsbət həll olunduğunu və dəymiş maddi ziyanın da ödətdirilməsinə köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Vətəndaş Sona Məmmədova
Vətəndaş Sona Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Vətəndaş Alxas Cəbrayılov
Vətəndaş Alxas Cəbrayılov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı olduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Vətəndaş Fatmeyizəhra Xəlilli
Vətəndaş Fatmeyizəhra Xəlilli məktubunda mənzilində baş vermiş yanğın hadisəsi zamanı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının operativ olaraq hadisə yerinə gəldiklərini və müvafiq tədbirləri həyata keçirdiklərini bildirir. O, polisin həmişə güvən yeri olduğunu qeyd edir, göstərilən köməklik üçün Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.09.2025 - Vətəndaş Gülnar Hüseynova
Vətəndaş Gülnar Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirərək vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
11.09.2025 - Vətəndaş Roman Musayev
Vətəndaş Roman Musayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında cari ilin 31 avqust - 3 sentyabr tarixlərində Quba Olimpiya İdman Kompleksində keçirilmiş könüllülər düşərgəsi zamanı ictimai asayişin və avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə Yol Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.09.2025 - Bakı şəhər sakini Zülfüqar Xəlilov
Bakı şəhər sakini Zülfüqar Xəlilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, axşam saatlarında azyaşlı övladının vəziyyətinin pisləşdiyini və təcili xəstəxanaya çatdırılması üçün Yol-Patrul Xidməti əməkdaşlarından kömək istədiyini bildirib.
Vətəndaş övladının xəstəxanaya çatdırılmasında Yol-Patrul Xidməti əməkdaşlarının yaxından köməklik göstərdiyini və onları xəstəxanayadək müşayiət etdiyini yazaraq, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.