Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.10.2025 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
04.10.2025 - Vətəndaş Leyla Camalova
Vətəndaş Leyla Camalova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
04.10.2025 - Bakı şəhər sakini Tahir Əhmədov
Bakı şəhər sakini Tahir Əhmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
04.10.2025 - Bakı şəhər sakini Oktay Həmidov
Bakı şəhər sakini Oktay Həmidov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
04.10.2025 - Şahbuz rayon sakini Murad Zeynalov
Şahbuz rayon sakini Murad Zeynalov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
03.10.2025 - Şahbuz rayon sakini Ülviyyə Səfiyeva
Şahbuz rayon sakini Ülviyyə Səfiyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Üzləşdiyim problemlə əlaqədar Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mənə göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və rayon polis şöbəsinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
03.10.2025 - Bakı şəhər sakini Türkel Abdıyeva
Bakı şəhər sakini Türkel Abdıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Hərəkətdə olduğum zaman avtomobilimlə bağlı çətinliklə üzləşdim. Yaşadığım Pirallahı qəsəbəsində Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları dərhal köməyə gələrək vəziyyətin həll olunmasına yardım etdilər. Onların diqqətini, peşəkarlığını və vətəndaşlara göstərdiyi qayğını dərin minnətdarlıqla qeyd edirəm. Bu münasibətlə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə və kollektivinə səmimi təşəkkürümü bildirirəm. Belə əməkdaşların fəaliyyəti vətəndaşlarda güvən və məmnuniyyət yaradır”.
03.10.2025 - Vətəndaş Nuranə Zeynalova
Vətəndaş Nuranə Zeynalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pul vəsaitimin ələ keçirilməsi barədə müraciətimə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxıldı və mənə dəymiş ziyan tam şəkildə ödənildi. Odur ki başda DİN-in rəhbərliyi olmaqla bütün polis əməkdaşlarına öz minnətdarlığımı bildirir, Allahdan sağlam can arzulayıram. Biz sizinlə fəxr edirik!”.
03.10.2025 - Vətəndaş Leyla Camalova
Vətəndaş Leyla Camalova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı olunmuş dələduzluq hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmadan çox razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm”.