Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.10.2025 - Bakı şəhər sakini Zibeydə Sadıqova
Bakı şəhər sakini Zibeydə Sadıqova Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
03.10.2025 - Vətəndaş Cəmilə Nurullayeva
Vətəndaş Cəmilə Nurullayeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında narahat edilməsi ilə bağlı müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.10.2025 - Vətəndaş Amil Abdullayev
Vətəndaş Amil Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pulkisəm itmişdi. Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları 1 saat ərzində tapıb mənə təhvil verdilər. Təşəkkür edirəm”.
03.10.2025 - Vətəndaş Səddam İsazadə
Vətəndaş Səddam İsazadə DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
03.10.2025 - Vətəndaş Səbinə Məmmədzadə
Vətəndaş Səbinə Məmmədzadə DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
03.10.2025 - Bakı şəhər sakini Kəyan Bayramov
Bakı şəhər sakini Kəyan Bayramov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
03.10.2025 - Vətəndaş Alı Zeynallı
Vətəndaş Alı Zeynallı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
03.10.2025 - Vətəndaş Əli Zeynallı
Vətəndaş Əli Zeynallı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
03.10.2025 - Bakı şəhər sakini Vəfa Abbasova
Bakı şəhər sakini Vəfa Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.