Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.10.2025 - Mingəçevir şəhər sakini Əmiraslan Ələkbərov
Mingəçevir şəhər sakini Əmiraslan Ələkbərov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
10.10.2025 - Balakən rayon sakini, şəhid ailəsi Mövludə Hədisova
Balakən rayon sakini, şəhid ailəsi Mövludə Hədisova göstərilən diqqət və qayğıya görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
10.10.2025 - Ağsu rayon sakini Zaur Məmmədov
Ağsu rayon sakini Zaur Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
10.10.2025 - Mingəçevir şəhər sakini Anar Xasməmmədov
Mingəçevir şəhər sakini Anar Xasməmmədov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
09.10.2025 - Vətəndaş Vüsal Əhmədov
Vətəndaş Vüsal Əhmədov DİN-in “Instagram” səhifəsinə mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.10.2025 - Vətəndaş Fatimə Tahirova
Vətəndaş Fatimə Tahirova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.10.2025 - Vətəndaş Kənan Ağayev
Vətəndaş Kənan Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.10.2025 - Vətəndaş Əlicabbar Məmmədov
Vətəndaş Əlicabbar Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
09.10.2025 - Bakı şəhər sakini Natəvan Hüseynova
Bakı şəhər sakini Natəvan Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyi¬¬nə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.