Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
09.10.2025 - Bakı şəhər sakini Gülnar Əliyeva
Bakı şəhər sakini Gülnar Əliyeva hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
09.10.2025 - Bakı şəhər sakini Firəngiz Əliyeva
Bakı şəhər sakini Firəngiz Əliyeva ünvanladığı müraciətinə operativ baxıldığını, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Azərbaycan polisinə minnətdarlığını bildirir.
09.10.2025 - Abşeron rayon sakini Mahir Hüseynov
Abşeron rayon sakini Mahir Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
09.10.2025 - Abşeron rayon sakini Seymur Əhmədov
Abşeron rayon sakini Seymur Əhmədov məktubunda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
09.10.2025 - Vətəndaş Naim Məmmədov
Vətəndaş Naim Məmmədov DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, bir müddət əvvəl üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətinə operativ baxıldığını, Xətai RPİ-nin 37-ci Polis Şöbəsi tərəfindən müvafiq köməklik göstərilərək aidiyyəti üzrə yönəldildiyini və qısa müddətdə probleminin araşdırılaraq müsbət həll olunduğunu qeyd edir.
09.10.2025 - Vətəndaş Toğrul Abdulov
Vətəndaş Toğrul Abdulov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.10.2025 - Vətəndaş Orxan Abdullazadə
Vətəndaş Orxan Abdullazadə müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
09.10.2025 - Sosial şəbəkə istifadəçisi Sənan Nağıyev
Sosial şəbəkə istifadəçisi Sənan Nağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
09.10.2025 - Vətəndaş Oruc İsmayılov
Vətəndaş Oruc İsmayılov DİN-ə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq onun müsbət həll edilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.