Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.10.2025 - Vətəndaş Aynurə Əliyeva
Vətəndaş Aynurə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mesajında vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN-in rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Şahbuz şəhər sakini Hafiz Əliyev
Şahbuz şəhər sakini Hafiz Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Şahbuz şəhər sakini Turan Allahverdiyev
Şahbuz şəhər sakini Turan Allahverdiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Sumqayıt şəhər sakini Rəqsanə Həbibova
Sumqayıt şəhər sakini Rəqsanə Həbibova məktubunda müraciəti ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu yazır. O, aparılan obyektiv araşdırmalara və göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Bakı şəhər sakini Riad Hüseynəliyev
Bakı şəhər sakini Riad Hüseynəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. R.Hüseynəliyev vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.10.2025 - Bakı şəhər sakini, vəkil Tural Şükürov
Bakı şəhər sakini, vəkil Tural Şükürov məktubunda müraciəti ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu yazır. O, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
10.10.2025 - Vətən müharibəsi qazisi Bəxtiyar Kazımov
Vətən müharibəsi qazisi Bəxtiyar Kazımov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, yaşadığı ərazidə bir qadının səhhətinin pisləşdiyini və təcili xəstəxanaya çatdırılması üçün Post-Patrul Xidməti əməkdaşlarından kömək istədiyini bildirib.
Vətəndaş həmin şəxsin xəstəxanaya çatdırılmasında Suraxanı Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının yaxından köməklik göstərdiyini və xəstəxanayadək müşayiət etdiyini yazaraq, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
10.10.2025 - Mingəçevir şəhər sakini Tural İbrahimov
Mingəçevir şəhər sakini Tural İbrahimov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
10.10.2025 - Ağsu rayon sakini Elçin Həsənov
Ağsu rayon sakini Elçin Həsənov müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.