Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2025 - Vətəndaş Elmin Cabbarov
Vətəndaş Elmin Cabbarov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qardaşının üzləşdiyi problemlə bağlı müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
15.10.2025 - Vətəndaş Musa Əhmədzadə
Vətəndaş Musa Əhmədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Tuncay Abdullayev
Vətəndaş Tuncay Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Mehman...
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Mehman Məmmədov məktubunda müraciəti ilə əlaqədar araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu yazır. O, aparılan obyektiv araşdırmalara və göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Rüstəm Əhmədov
Vətəndaş Rüstəm Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Sənan Xələfov
Vətəndaş Sənan Xələfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Daylaqlı kənd sakini Loğman...
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Daylaqlı kənd sakini Loğman Zeynalov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Xankəndi şəhər sakini Ayşən Məmmədova
Xankəndi şəhər sakini Ayşən Məmmədova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini və nəticədə müraciətinin müsbət həll olunduğunu yazır. O, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2025 - Bakı şəhər sakini Qönçə Azayeva
Bakı şəhər sakini Qönçə Azayeva məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.