Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.11.2025 - Vətəndaş Kənan Şirinov
Vətəndaş Kənan Şirinov müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə itmiş mobil telefonunun tapılmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə və Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir, onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
06.11.2025 - Vətəndaş Nurlan Mehrəliyev
Vətəndaş Nurlan Mehrəliyev itirdiyi ona məxsus avtomobilin dövlət qeydiyyat nişanının tapılması ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
05.11.2025 - Vətəndaş Mehman Abışov
Vətəndaş Mehman Abışov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
05.11.2025 - Əcnəbi vətəndaş Natalya Blinova
Əcnəbi vətəndaş Natalya Blinova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ailəsi adından üzləşdikləri problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə, həmçinin göstərilən xoş rəftar və nəzakətli davranışlara görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2025 - Pirallahı rayon sakini Samirə Əhmədova
Pirallahı rayon sakini Samirə Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, rayon ərazisində olarkən valideyninin idarə etdiyi nəqliyyat vasitəsində nasazlıq yarandığını və üzləşdikləri problemlə bağlı polis əməkdaşlarının köməklik göstərdiyini qeyd edir, xidməti vəzifələrini layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2025 - Vətəndaş Adəm Qasımov
Vətəndaş Adəm Qasımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinin qısa zamanda müsbət həll olunmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2025 - Vətəndaş Əfsanə İskəndərova
Vətəndaş Əfsanə İskəndərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, övladının üzləşdiyi oğurluqla bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2025 - Bakı şəhər sakini Çingiz Hacıyev
Bakı şəhər sakini Çingiz Hacıyev məktubunda müraciətinə həssas yanaşılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
05.11.2025 - Vətəndaş Aqil Piriyev
Vətəndaş Aqil Piriyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.