Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.10.2025 - Vətəndaş Fatma Məmmədova
Vətəndaş Fatma Məmmədova məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Bakı şəhər sakini Arif Hacıyev
Bakı şəhər sakini Arif Hacıyev məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Aysun Məmmədova
Vətəndaş Aysun Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş dələduzluq hadisəsi ilə əlaqədar 17.09.2025-ci il tarixində Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə müraciət etmişdim. Təhqiqat araşdırması nəticəsində mənə dəymiş ziyan tam ödənildi. Buna görə Azərbaycan polisinə təşəkkürümü bildirirəm. Var olun!”.
15.10.2025 - Vətəndaş Muxsə Mirəliyeva
Vətəndaş Muxsə Mirəliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Çox çətin vəziyyətdə yeganə çıxış yolu kimi fədakar polisimizə güvənib Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etdim. Polis əməkdaşları dərhal müraciətimə reaksiya göstərdilər. Bu səbəbdən yaranmış bütün narazılıqlara son qoyuldu. Mən bir yaşlı Azərbaycan qadını, ana olaraq DİN-in rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin, o cümlədən 17-ci Polis Şöbəsinin kollektivinə dərin təşəkkürümü bildirirəm”.
15.10.2025 - Vətəndaş Natiq Əliyev
Vətəndaş Natiq Əliyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Sumqayıt şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə ona hüquqi izah verildiyini qeyd edir. O, müraciətinə həssas yanaşılmasına görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
15.10.2025 - Vətəndaş Zaur Əhmədov
Vətəndaş Zaur Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı qəbul edildiyini, hüquqlarının ona izah olunduğunu qeyd edərək göstərilən diqqətə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
15.10.2025 - Şəhid ailəsinin üvzü Murad Hüseynov
Şəhid ailəsinin üvzü Murad Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda dövlət müəssisələrinin birində xidmət edən polis əməkdaşının xoş münasibətinə, nümunəvi davranışına və humanistliyinə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
15.10.2025 - Bakı şəhər sakini Çinarə Məhəmmədli
Bakı şəhər sakini Çinarə Məhəmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Sizə yazdığım müraciətimə əsasən Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarının səyi nəticəsində mənə dəymiş ziyan tam ödənildi. Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
15.10.2025 - Bakı şəhər sakini Həqiqət İsabalayeva
Bakı şəhər sakini Həqiqət İsabalayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Daxili İşlər Nazirliyinə müraciətimlə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə dəvət olundum və iştirakımla araşdırma aparıldı. Məsələ müsbət həllini tapdı. Operativ reaksiyaya görə DİN-in rəhbərliyinə təşəkkürümü bildirirəm”.