Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Azər Rəhimov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dizə kənd sakini Aytən Rəhimova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kənd sakini Kamal Rəhimov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Pərvin Qasımov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycan Triatlon Federasiyasının rəhbərliyindən Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə ünvanlanmış təşəkkür mesajında Federasiya tərəfindən yarışların keçirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq ifadə olunur.

Vətəndaş Aynurə İsmayıl DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, tanışının üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Azərbaycanın Milli Qəhrəmanı Sahil Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlqam Cəbiyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Əsmər Aydınova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.