Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2025 - Vətəndaş Rəşad Cəfərov
Vətəndaş Rəşad Cəfərov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə üzləşdiyi problemin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
16.10.2025 - Vətəndaş Fidan Əhmədova
Vətəndaş Fidan Əhmədova üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2025 - Vətəndaş Samirə Abdullayeva
Vətəndaş Samirə Abdullayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki məktəblərdə, o cümlədən qeyd olunan məktəbdə narkomaniya əleyhinə və kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirildiyini qeyd edir. Bu tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən direktor müavini özü və məktəbin rəhbərliyi adından DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
16.10.2025 - Vətəndaş Raya Səfərova
Vətəndaş Raya Səfərova ünvanladığı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu və pul vəsaitinin geri qaytarıldığını qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.
16.10.2025 - Vətəndaş Kəmalə Seyfullayeva
Vətəndaş Kəmalə Seyfullayeva müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.10.2025 - Vətəndaş Vəfadar Məşədiyev
Vətəndaş Vəfadar Məşədiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Qəmbər Verdiyev
Vətəndaş Qəmbər Verdiyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, III MDB Oyunlarının açılışı zamanı ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Asim Rəhmanov
Vətəndaş Asim Rəhmanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv araşdırılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.10.2025 - Vətəndaş Ruslan Məmmədov
Vətəndaş Ruslan Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilərək həyata keçirilən tədbirlərə və müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdarlığını bildirir.