Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Hacıqabul rayon sakini Ziyadxan Nəsirov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığı bildirir.

Şirvan şəhər sakini Bədircahan Rəsulova DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Cəmalə İsmayılova müraciətinə dərhal reaksiya verildiyinə və üzləşdiyi problemin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Vüsalə İbiş müraciətinə dərhal reaksiya verilərək ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Əli Nağıyev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir, hüquq və vəzifələrinin izah olunmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Gülnarə Cəfərova baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Vəli İsmayılov onu narahat edən məsələ ilə bağlı müraciətinə tez bir zamanda baxılaraq müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Pərvin Ələkbərov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Xəyalə Həsənova müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.