Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.10.2025 - Şirvan şəhər sakini Rahil Məlikov
Şirvan şəhər sakini Rahil Məlikov DİN-ə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizəyə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
18.10.2025 - Abşeron rayon sakini Rauf Əkbərov
Abşeron rayon sakini Rauf Əkbərov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
18.10.2025 - Vətəndaş Afərin Kərimov və Rəcəb Əhmədov
Vətəndaş Afərin Kərimov və Rəcəb Əhmədov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
17.10.2025 - Vətəndaş Ayşə Səfərli
Vətəndaş Ayşə Səfərli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etmişdim. Müraciətimə dərhal və diqqətlə baxıldığına, itirdiyim mobil telefonun qısa müddətdə tapılaraq özümə qaytarıldığına görə DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına səmimi təşəkkürümü bildirirəm. Peşəkar və operativ xidmətlərinə görə Azərbaycan polisinə uğurlar arzulayıram. Yaşasın, Azərbaycan polisi!”.
17.10.2025 - Vətəndaş Aynur İbrahimova
Vətəndaş Aynur İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.10.2025-ci il tarixində Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdim. Naxçıvan ŞPİ-nin əməkdaşları tərəfindən mənim işimə düzgün şəkildə baxıldığına görə DİN-in rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.
17.10.2025 - Vətəndaş Aysun Mehmanova
Vətəndaş Aysun Mehmanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “30.09.2025-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Həmin müddətdə RPİ rəhbərliyi tərəfindən qəbul olundum, mənimlə ciddi şəkildə maraqlandılar və hüquqlarımı ətraflı şəkildə izah etdilər. Polis əməkdaşlarının vətəndaşla bu qədər səmimi və diqqətli davranmasının şahidi olmaq mənim üçün çox xoş oldu. Göstərilən qayğı və peşəkarlığa görə razılığımı bildirirəm. Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm”.
17.10.2025 - Vətəndaş Nigar Nəsirova
Vətəndaş Nigar Nəsirova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “09.10.2025-ci il tarixində günorta saatlarında telefonumu taksidə unutmuşdum. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları telefonumu taparaq mənə təhvil verdilər. Bununla bağlı təşəkkürümü bildirirəm”.
17.10.2025 - Vətəndaş Nuru Əhmədov
Vətəndaş Nuru Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə mobil telefonumun oğurlanması ilə bağlı müraciət etmişdim. Polis əməkdaşlarının qətiyyəti və operativ fəaliyyəti nəticəsində telefonum tapılaraq mənə qaytarıldı. Bu səbəbdən DİN-in rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin, xüsusilə də 17-ci Polis Şöbəsinin bütün əməkdaşlarına dərin və səmimi təşəkkürümü bildirirəm. Var olsun, xalqımızın ümid yeri olan Azərbaycan polisi!”.
17.10.2025 - Mingəçevir şəhər sakini Aynur Həsənova
Mingəçevir şəhər sakini Aynur Həsənova müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.