Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Gündüz Yusifli məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Rəfael Yusifli məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Venera Qurbanova məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Şərqiyyə Əsgərova öz məktubunda üzləşdikləri problemlə əlaqədar etdiyi müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Fərhad Kərimov öz məktubunda dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin operativ qaydada və obyektiv araşdırımasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Sevinc Abdulova müraciəti ilə əlaqədar qəbul edilərək dinlənilməsinə, vətəndaş müraciətlərinə həssas yanaşılmasına və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Aytac Bağırova müraciətinin obyektiv qaydada araşdırılmasına, vətəndaş məmnuniyyətinin təmin olunmasına və DİN rəhbərliyi tərəfindən bölgələrdə təşkil olunan qəbullar zamanı müraciətlərə həssaslıqla yanaşılması və operativ həlli ilə bağlı göstərişlərin verilməsinə görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Röya Nuriyeva DİN-in instagram səhifəsinə ünvanladığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, onun narahat edən məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.