Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.11.2025 - Tərtər rayon sakini Oktay Nəcəfov
Tərtər rayon sakini Oktay Nəcəfov müraciətində xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.
28.11.2025 - Ağcabədi rayon sakini Hikmət Kərimov
Ağcabədi rayon sakini Hikmət Kərimov müraciətinin müsbət həll edilməsinə görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.11.2025 - Bakı şəhər sakini Rəşad Nəzərov
Bakı şəhər sakini Rəşad Nəzərov müraciətinin müsbət həll edilməsinə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.
28.11.2025 - Bakı şəhər sakini Röyal Əsədzadə
Bakı şəhər sakini Röyal Əsədzadə müraciətinin müsbət həll edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
28.11.2025 - Vətəndaş Nicat Əzizli
Vətəndaş Nicat Əzizli üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
28.11.2025 - Vətəndaş Səbinə Hüseynova
Vətəndaş Səbinə Hüseynova itirdiyi çantası ilə bağlı müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.11.2025 - Vətəndaş Telman Gülüşov
Vətəndaş Telman Gülüşov üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
28.11.2025 - Vətəndaş Mətin Rəhimli
Vətəndaş Mətin Rəhimlinin Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında velosipedinin oğurlanması ilə bağlı Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
28.11.2025 - Vətəndaş Səbuhi İlyasov
Vətəndaş Səbuhi İlyasov mobil telefonunu itirməsi ilə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, müraciətinə həssas yanaşıldığına, operativ tədbirlərlə göstərilən köməkliyə görə təşəkkürünü bildirir.