Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Mahir Hüseynov müraciətinin müsbət həll edilməsinə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.

Beyləqan rayon sakini İlkin Şabanov müraciətinin müsbət həll edilməsinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Tərtər rayon sakini Vüqar Məmmədov müraciətində xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaşlar İradə Hümbətova, Emin Həsənov və Əlzamin Həsənov üzləşdikləri problemlə bağlı müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə problemlərinin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə təşəkkür edirlər.

Bakı şəhər sakini Anar İsgəndərov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Elşən Ağayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Astara rayon sakini Elvin Nəsirov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında ümumtəhsil məktəblərində yeniyetmə və gənclərin narkomaniyaya qarşı mübarizədə maarifləndirilməsi mövzusunda keçirilən tədbirlərə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkkürünü bildirir.

Lerik rayon sakini Həsrət Nəcəfov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında onu narahat edən məsələ ilə bağlı müraciətinə dərhal reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Nizami Abasov müraciətinə həssaslıqla yanaşılmasına, Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir.