Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zamir Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında ona qarşı dələduzluq edilməsi ilə bağlı müraciətinin obyektiv qaydada araşdırılmasına və qanunamüvafiq tədbirlərin görülməsinə görə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Pərvin Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında tanışına qarşı dələduzluq edilməsi ilə bağlı müraciətə çevik reaksiya verilməsinə, dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Nəriman Bağırov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında azyaşlı övladına məxsus 2 ədəd planşetin oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verilərək əməli törədən şəxsin müəyyən edilib saxlanılmasına və oğurlanan əşyaların geri qaytarılmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Nicat Süleymanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdikləri yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmanın obyektiv qaydada aparılmasına və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onlara lazımi köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Raul Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə və ona lazımi köməyin göstərilməsinə görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Yusif Əbilov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin Xətai RPİ-nin 37-ci Polis Şöbəsində obyektiv araşdırılaraq müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Cavidan Cəlilzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Tahir Kamilzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına və peşəkar davranışlara görə Nəriman Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Naxşıvan Muxtar Respublikasının Şahbuz rayon sakini Şahin Əliyev öz təşəkkür məktubunda üzləşdiyi problemlə əlaqədar müraciətinin Şahbuz Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.