Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.12.2025 - Sosial şəbəkə istifadəçisi Zakir İsmayılov
Sosial şəbəkə istifadəçisi Zakir İsmayılov baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
02.12.2025 - Bakı şəhər sakini Aybəniz Qulamova
Bakı şəhər sakini Aybəniz Qulamova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
02.12.2025 - Sosial şəbəkə istifadəçisi Günel Əzizova
Sosial şəbəkə istifadəçisi Günel Əzizova öz məktubunda aliment öhdəliyinin yerinə yetirilməsindən yayındığı üçün axtarışda olan şəxslə bağlı qanunamüvafiq qaydada tədbirlər görən Bakı Şəhər Baş Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
02.12.2025 - Sosial şəbəkə istifadəçisi Nilufər Bayramova
Sosial şəbəkə istifadəçisi Nilufər Bayramova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
02.12.2025 - Vətəndaş Elbrus Rəhimov və Sevil Ramazanova
Vətəndaş Elbrus Rəhimov və Sevil Ramazanova Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
02.12.2025 - Vətəndaş Elcan İbrahimov
Vətəndaş Elcan İbrahimov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
02.12.2025 - Vətəndaş İltifat Əliyev
Vətəndaş İltifat Əliyev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
02.12.2025 - Salyan rayon sakini Firuzə Nuriyeva
Salyan rayon sakini Firuzə Nuriyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.12.2025 - Ucar rayon sakini Sarıgül Mahmudova
Ucar rayon sakini Sarıgül Mahmudova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.