Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.12.2025 - Vətəndaş Əli Nuruşov
Vətəndaş Əli Nuruşov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında idarə etdiyi avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmadan məmnunluğunu ifadə edir və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Sosial şəbəkə istifadəçisi Sevda İbrahimova
Sosial şəbəkə istifadəçisi Sevda İbrahimova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında içərisində pul olan əl çantasının oğurlanması ilə bağlı müraciətinə operativ qaydada baxılmasına, əməli törədən şəxsin müəyyən edilməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Cəlilabad rayon sakini Fətəli Hüseynov
Cəlilabad rayon sakini Fətəli Hüseynov müraciətinə həssalıqla yanaşılmasına və onu narahat edən məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.12.2025 - Sabirabad rayon sakini Hüseyn Əskərov
Sabirabad rayon sakini Hüseyn Əskərov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətlərinə operativ baxılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
25.12.2025 - Ordubad rayon sakini Elgün Allahyarov
Ordubad rayon sakini Elgün Allahyarov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
25.12.2025 - Vətəndaş Yeganə Tağıyeva
Vətəndaş Yeganə Tağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Ülviyyə Babayeva
Vətəndaş Ülviyyə Babayeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
25.12.2025 - Vətəndaş Firuzə Ağacanova
Vətəndaş Firuzə Ağacanova DİN-in sosial şəbəkə hesabına yazdığı mesajında Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
25.12.2025 - Vətəndaş Elmin Qəmbərov
Vətəndaş Elmin Qəmbərov məktubunda üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, həyata keçirilən operativ tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.