Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.01.2026 - Vətəndaş Bahadur Səmədova
Vətəndaş Bahadur Səmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.01.2026 - Vətəndaş Marina Məmmədşahova
Vətəndaş Marina Məmmədşahova DİN-in “Intagram” səhifəsinə Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Quba rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.01.2026 - Vətəndaş Ayaz Quliyev
Vətəndaş Ayaz Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv və operativ araşdırılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin təşəkkürünü bildirir.
19.01.2026 - Vətəndaş Nəzakət Pənahova
Vətəndaş Nəzakət Pənahova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yaşadığı yerdə kibertəhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
19.01.2026 - Vətəndaş Leyla Nuriyeva
Vətəndaş Leyla Nuriyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
19.01.2026 - Sosial şəbəkə istifadəçisi Nicat Nəsirov
Sosial şəbəkə istifadəçisi Nicat Nəsirov etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
19.01.2026 - Masallı rayon sakini Allahşükür Zahidov
Masallı rayon sakini Allahşükür Zahidov öz məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, qanunçuluğun qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla və çevik reaksiya verilməsinə, humanistliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
19.01.2026 - Vətəndaş Fərhad Kərimov
Vətəndaş Fərhad Kərimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında içərisində xeyli miqdarda pulun və sənədlərin olduğu cüzdanını itirməsi ilə bağlı müraciətinə polis əməkdaşları tərəfindən çevik reaksiya verildiyini bildirir. Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən pulqabının içərisindəki vəsaitlə bilikdə tapılaraq ona təhvil verilməsinə görə minnətdarlığını bildirir.
19.01.2026 - Bakı şəhər sakini Rəşad Məmmədov
Bakı şəhər sakini Rəşad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ reaksiya verilməsinə və köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.