Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.01.2026 - Vətəndaş Jalə Quliyeva
Vətəndaş Jalə Quliyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında bacısının itkin düşməsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə onun tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir.
23.01.2026 - Abşeron rayon sakini Xudaverdi Quliyev
Abşeron rayon sakini Xudaverdi Quliyev müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və işinin gedişatı barədə ətraflı məlumat verildiyinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Bakı şəhər sakini Kənan Əlizadə
Bakı şəhər sakini Kənan Əlizadə müraciətinin müsbət həll olunmasına görə, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Şəki rayon sakini Mehman İbişov
Şəki rayon sakini Mehman İbişov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Bakı şəhər sakini Orxan Əbilov
Bakı şəhər sakini Orxan Əbilov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, BDYPİ-nin RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Vətəndaş Nərmin Haşımova
Vətəndaş Nərmin Haşımova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.01.2026 - Vətəndaş Əli Əliyev
Vətəndaş Əli Əliyev DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.01.2026 - Vətəndaş Mehdi Heydərov
Vətəndaş Mehdi Heydərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərilən operativliyə və obyektivliyə, həmçinin ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2026 - Vətəndaş Fariz Adıgözəlov
Vətəndaş Fariz Adıgözəlov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.