Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Firuzə Ağacanova DİN-in sosial şəbəkə hesabına yazdığı mesajında Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını və qısa müddətdə müsbət həll edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Elmin Qəmbərov məktubunda üzləşdiyi problemlə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə etdiyi müraciətinə operativ baxıldığını və müvafiq tədbirlərin görüldüyünü bildirir. O, həyata keçirilən operativ tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Emirhan Naçar DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və obyektivliyə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aqil Məmmədquliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yaşadığı ərazidə təhlükəsizlik kamerasının quraşdırılması ilə bağlı müraciətinə operativ baxıldığını və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi tərəfindən müvafiq tədbirlərin görüldüyünü bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə,  həyata keçirilmiş tədbirlərə görə Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir, çətin və şərəfli xidmətlərində Azərbaycan polisinə uğurlar arzulayır.

Vətəndaş Sübhan Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi oğurluqla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə etdiyi müraciəti üzrə obyektiv araşdırma aparıldığını, müsbət həllinin təmin olunduğunu və əmlakının ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilmiş tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İlkinur Yadullazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun oğurlanması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin edildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə, obyektivliyə və həyata keçirilmiş tədbirlərə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Naxçıvan şəhər sakini Çağatay Onur DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Naxçıvan Şəhər Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müsbət həllinin təmin olunduğunu qeyd edərək vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Vahab Hüseynov məktubunda müraciətinə operativ baxılmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Emin Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərilən köməkliyə görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.