Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.03.2026 - Vətəndaş Ülvi Natiqzadə
Vətəndaş Ülvi Natiqzadə DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə müraciət etdiyini bildirir. Polis əməkdaşları tərəfindən ona qanunvericiliyin tələblərinin izah olunduğunu və qısa zaman ərzində hadisənin obyektiv araşdırıldığını qeyd edir.
05.03.2026 - Vətəndaş Təhmasib Əliyev
Vətəndaş Təhmasib Əliyev müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.03.2026 - Ağcəbədi rayon sakini Gülnarə Mirzəyeva
Ağcəbədi rayon sakini Gülnarə Mirzəyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Ağcəbədi RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.03.2026 - Şirvan şəhər sakini Cəlil Haxıəliyev
Şirvan şəhər sakini Cəlil Haxıəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.
05.03.2026 - Tərtər rayon sakinləri Cəmalə Səlimova, Elza Allahverdiyeva və Fərid Əlizadə
Tərtər rayon sakinləri Cəmalə Səlimova, Elza Allahverdiyeva və Fərid Əlizadə DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Tərtər RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirirlər.
05.03.2026 - Ağdam rayon sakini Xaliq Mamedov
Ağdam rayon sakini Xaliq Mamedov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Tərtər RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
05.03.2026 - Neftçala rayon sakini Zaur Abbasov
Neftçala rayon sakini Zaur Abbasov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
04.03.2026 - Sosial şəbəkə istifadəçisi Gülnarə Bayramova
Sosial şəbəkə istifadəçisi Gülnarə Bayramova DİN-in “Instagram” yazdığı mesajında ümumtəhsil məktəblərində narkomaniya və erkən nikah hallarına qarşı mübarizə mövzusunda keçirilən maarifləndirici - profilaktik tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.03.2026 - Babək rayon sakini Tofiq Abutalıbov
Babək rayon sakini Tofiq Abutalıbov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Nehrəm qəsəbəsində təhlükəsiz hərəkətin təmini məqsədilə piyada zolaqlarının çəkilməsinə və xəbərdarlıq nişanların quraşdırılmasına görə minnətdarlığını ifadə edir.