Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.01.2026 - Vətəndaş Rəşad Şirinov
Vətəndaş Rəşad Şirinov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobilinin üzərində olan dövlət qeydiyyat nişanının itirməsilə bağlı etdiyi müraciətinin operativ şəkildə həll olunduğunu bildirir. polis tərəfindən dən dərhal sonra polis əməkdaşları tərəfindən tapılaraq ona təhvil verildiyini qeyd edir. Həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
21.01.2026 - Vətəndaş Elnur İbrahimli
Vətəndaş Elnur İbrahimli vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş Müşfiq Qənbərzadə
Vətəndaş Müşfiq Qənbərzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinə minnətdarlığını ifadə edir.
21.01.2026 - Vətəndaş Zülfiyyə Mahmudova
Vətəndaş Zülfiyyə Mahmudova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş Fazil Bağırov
Vətəndaş Fazil Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş Mehman Qasımzadə
Vətəndaş Mehman Qasımzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş Təbibə Hüseynova
Vətəndaş Təbibə Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş Fəxrəddin Ağayev
Vətəndaş Fəxrəddin Ağayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.01.2026 - Vətəndaş İzzət Qurbanlı
Vətəndaş İzzət Qurbanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar göstərilən operativ köməkliyə və ona hüquqi izah verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.