Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Elvin Qəhrəmanlı DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “07.01.2026-cı il tarixində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etmişdim. Həmin müraciətimlə bağlı polis şöbəsində arașdırma aparıldı. Qazi olduğum nəzərə alınmaqla müraciətimə həsass yanaşıldı və qayğı göstərilməklə məmunluq yaradıldı. Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətinin mənə qayğı və diqqət göstərməsinə, nəzakətli və həssas yanaşmaya və məsələnin müsbət həllinə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.

Vətəndaş Vüsalə Bağırova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ reaksiya verilərək mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş Rac Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ötən il dekabrın 16-da Nərimanov rayonu F.Yusifov küçəsində hərəkət edərkən avtomobillə toqquşaraq xəsarət almışdım. Nərimanov Rayon Polis İdarəsinin təhqiqatçısı dəfələrlə xəstəxanada yanımda oldu. Daim onun diqqətində oldum. Hadisənin necə baş verməsinə dair görüntülər rayon polis idarəsində yaxınlarıma göstərildi və sübutlar təqdim edildi. Araşdırma düzgün aparıldığı üçün DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin Azərbaycan polisinə təşəkkür edirəm”. 

Vətəndaş Gülnar Verdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “13.01.2026-cı il tarixində məni ciddi şəkildə narahat edən və nüfuzuma xələl gətirmək istəyən şəxs barəsində polisə müraciət etdim. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ şəkildə həmin şəxs barəsində qanunauyğun tədbir görüldü. Bir vətəndaş olaraq şikayətimə verilən önəmə və məsələnin tez bir zamanda operativ həllinə görə DİN-in və 17-ci Polis Şöbəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız”.

Vətəndaş Dilarə Süleymanzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Kənan İsmayılov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Pirallahı Rayon Polis İdarəsinə ünvanladığı müraciəti ilə bağlı zəruri tədbirlər görüldüyünü qeyd edir. O, cinayətkarlıqla qətiyyətli mübarizə aparılmasına görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.

Bakı şəhər sakini Rəsul Qasımzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparılaraq məsələnin qısa müddətdə qanunvericiliyin tələblərinə uyğun həll edildiyini qeyd edir. O, peşəkar, şəffaf və məsuliyyətli fəaliyyətə və göstərilən köməkliyə görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Günel Nəsirova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçiləri Elşən İbrahimov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.