Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.02.2026 - Vətəndaş Qüdsi Hacıyev
Vətəndaş Qüdsi Hacıyev DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyini bildirir. Ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə, eləcə də Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.02.2026 - Əcnəbi vətəndaş Somia Kiyani
Əcnəbi vətəndaş Somia Kiyani müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
16.02.2026 - Cəlilabad rayon sakini Ramin Nəziyev
Cəlilabad rayon sakini Ramin Nəziyev öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya, humanistliyə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə və şöbənin dövlət yol polisi bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.02.2026 - Vətəndaş Əvəz Paşayev
Vətəndaş Əvəz Paşayev öz məktubunda üzləşdiyi yol nəqliyyat hadisəsinin Lənkəran Şəhər Rayon Polis Şöbəsində obyektiv və hərtərəfli araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinə görə təşəkkürünü bildirir.
16.02.2026 - Vətəndaş Elvin Nəsirov
Vətəndaş Elvin Nəsirov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında ümumtəhsil məktəblərində mütəmadi qaydada narkomaniya və erkən nikah hallarına qarşı mübarizə mövzusunda keçirilən maarifləndirici görüşlərə və profilaktik tədbirlərə görə Astara rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.02.2026 - Vətəndaş Ceyhun Cəfərov
Vətəndaş Ceyhun Cəfərov öz məktubunda müraciətinin Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində obyektiv və peşəkarlıqla araşdırılmasına, dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını ifadə edir.
16.02.2026 - Cəlilabad rayon sakini Mirvahid Həsənov
Cəlilabad rayon sakini Mirvahid Həsənov öz məktubunda üzləşdiyi yol nəqliyyat hadisəsini peşəkarlıqla araşdırılmasına, obyektiv qərar qəbul edilməsinə və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.02.2026 - Vətəndaş Valeh Məmmədzadə
Vətəndaş Valeh Məmmədzadə ona məxsus əmlakın qanunsuz zəbt olunması ilə bağlı müraciətinin Lənkəran ŞRPŞ-də araşdırıldığını və onu narahat edən məsələnin müsbət həllini tapdığını bildirir. DİN rəhbərliyinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.02.2026 - Masallı rayon sakini Əliməmməd Hüseynov
Masallı rayon sakini Əliməmməd Hüseynov öz məktubunda DİN-in Polis Akademiyasına qəbul olunmaq istəyən məktəblilər və onların valideynləri ilə səmimi, maarifləndirici görüşlərin keçirilməsinə, onları maraqlandıran suallarla bağlı ətraflı izahların verilməsinə və lazımi köməkliyin göstərilməsinə görə təşəkkürünü bildirir.