Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.01.2026 - Vətəndaş Sara Əsədzadə
Vətəndaş Sara Əsədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2026 - Bakı şəhər sakini Qəribə İsrafilova
Bakı şəhər sakini Qəribə İsrafilova məktubunda müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nizami RPİ 24-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2026 - Vətəndaş Zaur Məmmədov
Vətəndaş Zaur Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2026 - Bakı şəhər sakini Vüqar Hüseynov
Bakı şəhər sakini Vüqar Hüseynov məktubunda Səbail rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə dayanan azyaşlı oğlunun xəsarət aldığını, həmin vaxt ərazidə xidmətdə olan Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin rəis müavinin öz şəxsi avtomobili ilə onu dərhal xəstəxanaya çatdırdığını və oğlunun həyati təhlükədən xilas olduğunu qeyd edir: “Polis əməkdaşının bu fədakar və peşəkar davranışı bir körpə uşağın həyatını xilas etmişdir”.
V.Hüseynov fədakarlığına və göstərdiyi humanist davranışına görə 9-cu Polis Şöbəsinin rəis müavininə təşəkkürünü bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində uğurlar arzulayır.
22.01.2026 - Quba rayon sakini Pərvin Ağasiyev
Quba rayon sakini Pərvin Ağasiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Siyəzən RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
22.01.2026 - Vətəndaş Esmayə Budaqova və Abbas Salmanov
Vətəndaş Esmayə Budaqova və Abbas Salmanov Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
22.01.2026 - Sabirabad rayon sakini Haxverdi Əliyev
Sabirabad rayon sakini Haxverdi Əliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkür edir.
21.01.2026 - Bakı şəhər sakini Babək Ələkbərov
Bakı şəhər sakini Babək Ələkbərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə həmçinin Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.01.2026 - Bakı şəhər sakini İnci Əlizadə
Bakı şəhər sakini İnci Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.