Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.05.2026 - Vətəndaş Fərid Ağayev
Vətəndaş Fərid Ağayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol nəqliyyat hadisəsinin operativ və obyektiv qaydada araşdırılmasına görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Özal Tağıyev
Sosial şəbəkə istifadəçisi Özal Tağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə əlaqədar müraciətinə operativ qaydada baxılmasına və ona lazımi köməyin göstərilməsinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Elza İsmayılova
Sosial şəbəkə istifadəçisi Elza İsmayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə, məsələnin hərtərəfli araşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
01.05.2026 - Biləsuvar rayon sakini Valeh İbayev
Biləsuvar rayon sakini Valeh İbayev DİN-ə yazdığı məktubunda ona məxsus torpaq sahəsinin zəbt olunması ilə bağlı müraciətinin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Ziyafət Quliyev
Sosial şəbəkə istifadəçisi Ziyafət Quliyev xəsarət ilə nəticələnən yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və göstərilən xüsusi diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Rəvan Sadıqov
Sosial şəbəkə istifadəçisi Rəvan Sadıqov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Aydan Xanverdiyeva
Sosial şəbəkə istifadəçisi Aydan Xanverdiyeva üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.05.2026 - Vətəndaş Asəf Sadıqov
Vətəndaş Asəf Sadıqov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını qeyd edir, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
01.05.2026 - Sosial şəbəkə istifadəçisi Həsən Məmmədov
Sosial şəbəkə istifadəçisi Həsən Məmmədov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.