Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Məmməd Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mobil telefonumun oğurlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Təhqiqat araşdırması aparıldı. Telefonum tapılaraq mənə qaytarıldı. Daxili İşlər Nazirliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına mənə kömək etdiyiniz üçün təşəkkür edirəm”.

Vətəndaş Heydər Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda üzləşdiyi problemlə bağlı etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə minnətdarlığını bildirir. 

Əcnəbi vətəndaş Turan Levent DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, müraciətinə diqqətlə yanaşılmasına, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Tural Yusifzadə DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaşlar Ramin Əliyev və Zeynəb Məmmədova üzləşdikləri problemlə bağlı müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə problemlərinin qısa müddətdə aradan qaldırılmasına görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkür edirlər.

Bakı şəhər sakini Yusif Mehdizadə məktubunda etdiyi müraciəti üzrə obyektiv araşdırma aparıldığını və ona müvafiq köməkliyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Pirallahı RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Ağcabədi rayon sakini Sətdar Hüseynov müraciətinin müsbət həll edilməsinə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Bərdə rayon sakini Seyfəddin Mirzəyev müraciətinin müsbət həll edilməsinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Tərtər rayon sakini Orxan Mehdiyev müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.