Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sabirabad rayon sakini Tural Ramazanov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Cəlilabad rayon sakini İlkin Cabbarov öz məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya, humanistliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Mübariz Bağırlı öz məktubunda müraciətinin araşdırılaraq onun narahat edən problemin müsbət həllini tapmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aynurə Səfərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ reaksiya verilməsinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə görə təşəkkürünü bildirir.

Sabiq polis əməkdaşı Əfqan Əliyev üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə  DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Solmaz Rəsulova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Elçin Abbasov müraciətinə operativ baxılmasına, həmçinin göstərilən xoş rəftara görə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nəcəf Osmanov maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hamlet Həmzəyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Nəsimi Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.