Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Elvin Həsənov
Sosial şəbəkə istifadəçisi Elvin Həsənov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında yaranmış antisanitar vəziyyətlə bağlı müraciətinə operativ baxıldığını və görülən tədbirlərlə problemin qısa müddətdə aradan qaldırıldığını qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Elnur Əliyev
Sosial şəbəkə istifadəçisi Elnur Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn polis əməkdaşının göstərdiyi köməyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Türkel Abdıyev
Sosial şəbəkə istifadəçisi Türkel Abdıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yetkinlik yaşına çatmayanlar arasında hüquq pozuntularının qarşısının alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Aysel Abbasova
Sosial şəbəkə istifadəçisi Aysel Abbasova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Onur Qəribli
Sosial şəbəkə istifadəçisi Onur Qəribli baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi İsgəndər Abbas
Sosial şəbəkə istifadəçisi İsgəndər Abbas müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
16.02.2026 - Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova
Sosial şəbəkə istifadəçisi Pərvanə Novruzova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.
16.02.2026 - Vətəndaş Məhəmməd Farazi
Vətəndaş Məhəmməd Farazi ictimai asayişi pozan vətəndaşlarla bağlı etdiyi müraciətə çevik reaksiya verilərək qanunamüvafiq tədbirlərin görüldüyünə görə Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.
16.02.2026 - Bakı şəhər sakini Məryəm Feyziyeva
Bakı şəhər sakini Məryəm Feyziyeva ölkədə ictimai asayişi qoruyan, o cümlədən cinayətkarlığın, inzibati pozuntuların qarşısını alan, müraciətlərə operativ yanaşan, yüksək peşəkarlıq və şücayət göstərən Azərbaycan polisinə minnətdarlığını bildirir.