Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zümrüd Məmmədli üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Dilavər Rzayev baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edərək Nəsimi RPİ-nin, eləcə də 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Jalə Quliyeva Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında bacısının itkin düşməsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə onun tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir. 

Abşeron rayon sakini Xudaverdi Quliyev müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və işinin gedişatı barədə ətraflı məlumat verildiyinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kənan Əlizadə müraciətinin müsbət həll olunmasına görə, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Mehman İbişov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Şəki ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Orxan Əbilov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, BDYPİ-nin RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Nərmin Haşımova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Əli Əliyev DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.