Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.01.2026 - Bakı şəhər sakini Aidə Abdullayeva
Bakı şəhər sakini Aidə Abdullayeva dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
28.01.2026 - Sosial şəbəkə istifadəçisi Rəqsanə Həsənova
Sosial şəbəkə istifadəçisi Rəqsanə Həsənova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin kollektivinə minnətdarlıq edir.
28.01.2026 - Sosial şəbəkə istifadəçisi Ülkər Hüseynova
Sosial şəbəkə istifadəçisi Ülkər Hüseynova itirdiyi telefonunun qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
28.01.2026 - Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri olan Məlahət Abbasova
Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri olan Məlahət Abbasova ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və problemin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Sabunçu RPİ-nin 12-ci PB-nin rəhbərliyinə minnətdarlıq edir.
28.01.2026 - Sosial şəbəkə istifadəçisi Ramin Bayramov
Sosial şəbəkə istifadəçisi Ramin Bayramov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
28.01.2026 - BDU-da təhsil alan xarici vətəndaş tələbə Fouz Ur Rəhman
BDU-da təhsil alan xarici vətəndaş tələbə Fouz Ur Rəhman itən mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Səbail RPİ-nin 39-cu Polis Bölməsinin kollektivinə minnətdarlığını bildirir.
28.01.2026 - Sosial şəbəkə istifadəçisi Mirbala Bağırov
Sosial şəbəkə istifadəçisi Mirbala Bağırov motosikletindən oğurlanan kaskasının qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
28.01.2026 - Sosial şəbəkə istifadəçisi Əsmər Əhmədova
Sosial şəbəkə istifadəçisi Əsmər Əhmədova müraciətinə operativ baxılmasına və müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
28.01.2026 - Şahbuz rayon sakini Vüqar Həziyev
Şahbuz rayon sakini Vüqar Həziyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.