Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.02.2026 - Vətəndaş Əzimə Rzayeva
Vətəndaş Əzimə Rzayeva məktubunda müraciətinin müsbət həll olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.02.2026 - Vətəndaş Rəcəb İsayev
Vətəndaş Rəcəb İsayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı göstərilən köməkliyə və ona hüquqi izah verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.02.2026 - Vətəndaş Nuridə Əhmədova
Vətəndaş Nuridə Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, məktəblərdə keçirilən maarifləndirici tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin uşaqların maarifləndirilməsində və məlumatlı olmasında böyük rolu olduğunu qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir.
23.02.2026 - Vətəndaş Gülər Baratlı
Vətəndaş Gülər Baratlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.02.2026 - Vətəndaş Mahir Cəfərov
Vətəndaş Mahir Cəfərov məktubunda müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.02.2026 - Vətəndaş Mirhəbib Seyidov
Vətəndaş Mirhəbib Seyidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.02.2026 - Vətəndaş Eyvaz Eyvazov
Vətəndaş Eyvaz Eyvazov məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
20.02.2026 - Sosial şəbəkə istifadəçisi Kənan Məmmədli
Sosial şəbəkə istifadəçisi Kənan Məmmədli baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hüquq və vəzifələrinin izah olunmasında ona göstərilən köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
20.02.2026 - Sosial şəbəkə istifadəçisi Fidan Zeynalova
Sosial şəbəkə istifadəçisi Fidan Zeynalova baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin kollektivinə minnətdarlıq edir.