Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Gülnar Məmmədova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ataxan Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol-nəqliyyat hadisəsinin iştirakçısı olduğu zaman polis əməkdaşlarının ona yaxından köməklik göstərdiyini və aidiyyəti üzrə obyektiv araşdırma aparıldığını bildirir. Müraciətinin müsbət həll edilərək məmnunluğunun təmin olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır. 

Vətəndaş Alparslan Fateh üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 8-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Vətəndaş Aysel Yusifova üzləşdiyi dələduzluq faktı ilə bağlı Səbail RPİ-nin 39-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Fazilə Gülmalıyeva ünvanladığı müraciətinə operativ baxıldığını, Xətai RPİ-nin 35-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Toğrul Kazımov üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Bakı ŞBPİ-nin, eləcə də Salyan RPŞ-nin rəhbərlərinə və əməkdaşlarına təşəkkür edir.

Abşeron rayon sakini Aybəniz Orucova DİN-ə ünvanladıqları təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Abşeron RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Abşeron rayon sakini Nuranə Əliyeva DİN-ə ünvanladıqları təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliklərə görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakinləri Şamil Muxtarov və Elvin Kələntərov etdikləri müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edirlər.